20 yaşlı gəlin itkin düşdü

Şəki rayonunda 20 yaşlı qadın itkin düşüb. SİA xəbər verir ki, Şəki şəhər sakini, 1998-ci il təvəllüdlü Çiçək Zülfiqar qızı Məmmədova oktyabrın 29-da evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Bu barədə rayonun Daşbulaq kənd sakini, Xalid Zülfiqar oğlu Məmmədov rayon hüquq-mühafizə orqanlarına müraciət edərək bacısının itkin düşməsi ilə bağlı məlumat verib.

Ç.Məmmədovanın ailəli olduğu bildirilir.

Hazırda 20 yaşlı qadının tapılaraq ailəsinə təhvil verilməsi istiqamətində əməliyyat tədbiri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə