Tovuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Cırdaxan meşəbəyliyinin 2 saylı meşə dolayında yanğın hadisəsi baş verib.
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, yanğına səbəb Ermənistanın meşə ərazisində baş vermiş yanğının külək nəticəsində onunla həmsərhəd olan Cırdaxan meşəbəyliyinə keçməsi olub.
Yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının işçilərinin, yaxınlıqdakı hərbi hissənin əsgərlərinin və yerli əhalinin köməkliyi ilə söndürülüb. Ümumilikdə, 5 hektar ərazini əhatə edən yanğın zamanı yalnız xəzəl və ot örtüyü yanıb, meşəyə ziyan dəyməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB