Cəlilabadda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. "Report"un Muğan bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara avtomobil yolunun rayonun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Həmin kəndin sakini, 2002-ci il təvəllüdlü Mirzə Niftiyev müəyyən edilməmiş minik avtomobili ilə vurulub. Yaralı xəstəxanaya yerləşdirilib. Məlumata görə, sürücü qəzadan sonra hadisə yerindən qaçıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB