48 yaşlı qadın itkin düşüb

Qubada 48 yaşlı rayon sakini itkin düşüb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, rayonun Amsar kənd sakini Güləbətin Zəkiyeva oktyabrın 5-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O, psixi problemlərdən əziyyət çəkir.

Güləbətin Zəkiyevanı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə (023 335-35-11; 335-43-02 şəhər nömrələrinə) zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə