Şir sirkdə dördyaşlı qıza hücum edib

Şir sirkdə dördyaşlı qıza hücum edib

Rusiyanın Krasnodar diyarının Uspensk kəndində sirk tamaşası zamanı şir dördyaşlı qıza hücum edib. SİA Rusiya mətbuatına istinadla xəbər verir ki, səyyar sirkin tamaşası zamanı şir birinci sırada oturmuş dördyaşlı qıza hücum edərək onu yaralayıb. Üzündən və bədənindən yaralanan qız Kuban xəstəxanasına çatdırılıb, təcili əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə