Çində pirotexnik daşıyan yük avtomobili qəzaya uğrayıb, 8 nəfər ölüb

Çində pirotexnik daşıyan yük avtomobili qəzaya uğrayıb, 8 nəfər ölüb

18 dekabr 2010-cu il tarixində Bakı vaxtı ilə saat 17:30 radələrində Çinin Xunan əyalətində ağır yol-nəqliyyat qəzası qeydə alınıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, içərisində pirotexnik vasitələrin olduğu yük avtomobili vilayətin Ninsyan yaşayış məntəqəsi ərazisində sürücünün idarəetməsindən çıxaraq elektrik dirəyinə çırpılıb.

 

Nəticədə yüksək gərginlikli naqil qırılaraq avtomobilin üzərinə düşüb və yanğınla davam edən partlayışa hadisəsinə səbəb olub. Alov yaxınlıqda olan yaşayış evlərinə də keçib. Hadisə nəticəsində ümumilikdə 8 nəfərin öldüyü 4 nəfərin isə xəsarət aldığı bildirilir. Hazırda ərazidə müvafiq işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə