“Audi” markalı avtomobil qaçırıldı

“Audi” markalı avtomobil qaçırıldı

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini P.Babayeva oktyabrın 26-da saat 15:00 radələrində İstiqlaliyyət küçəsindən “Audi” markalı avtomobilinin qaçırıldığını bildirib. DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Qısa müddətdə Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin R.Behbudov küçəsində hərəkətdə olduğu müəyyən edilib.

Görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Anar Əhmədov avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Səbail RPİ-də araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə