Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. DİN-dən SİA-ya verilən məlumata görə, hadisə oktyabrın 25-də saat 13:00 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Atakişi Alıyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən paytaxt sakini Tural Abdullayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nizami rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə