Gəncə şəhərində yerli sakin bıçaqlanıb. "Report"un Qərb bürosunun məlumatına görə, 1986-cı il təvəllüdlü Gəncə şəhər sakini Adıgözəlov Elçin Fəxrəddin oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Cərrahiyyə əməliyyatı olunan E.Adıgözəlovun vəziyyətinin orta-ağır olduğu bildirilir. Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB