Lənkəranda ev sahibi diri-diri yanıb

Lənkəranda ev sahibi diri-diri yanıb

Bu gün Lənkəran şəhərində dəhşətli yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən(YMX) SİA-nın cənub bürosuna verilən məlumata görə, Lənkəran şəhərinin Şəhidlər Xiyabanı küçəsi , 4 ünvanında yerləşən ev yanaraq külə dönüb.

Hadisə gecə saat 02.16 radələrində qeydə alınıb. Qonşuların YMX-nə zəngindən sonra yanğınsöndürənlər hadisə yerinə gəlsələr də artıq gec olub. Nəticədə evdə olan 1 nəfər – 1959-cu il təvəllüdlü Məmmədov Məmməd Rəhim oğlu yanaraq ölüb.

Onun meyiti alov söndürüldükdən sonra aşkarlanıb.

Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə