Orta məktəb müəllimi özünü asıb

Orta məktəb müəllimi özünü asıb

Daşkəsən rayonunda intihar hadisəsi baş verib. Daşkəsən rayon Prokurorluğu və Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Bayan kənd sakini, 1967-ci il təvəllüdlü Əliyeva Göyçək Əkbər qızının asılmış vəziyyətdə cəsədi tapılıb. Artıq hüquq-mühafizə orqanı əməkdaşları intihardan öncə mərhumənin yazdığı məktubu tapıblar.

Məktubda bildirilir ki, qadın ölümündə heç kəsi günahkar bilmir. Həyatından bezdiyi üçün canına qıyıb.

43 yaşlı Daşkəsən sakininin 3 qızı və 2 oğlu var.

Faktla bağlı araşdırma davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə