Türkiyədə hərbçi ticarət mərkəzində işləyənləri girov götürüb və...
Türkiyənin Qaziantep şəhərində yerləşən hərbi hissədən qaçan silahlı əsgər ticarət mərkəzində işləyənləri girov götürüb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, fərari hərbçi qaçan zaman özü ilə “G3” markalı tüfəngini də götürüb.
Hadisə yerinə çox sayda polis, jandarma qüvvələri, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Təhlükəsizlik qüvvələri girovları azad etməsi və təslim olması üçün silahlı hərbçi ilə danışıqlar aparıblar.
Havaya atəş açan əsgər yarım saat sonra təslim olmağa razılıq verib. Əsgər polislər tərəfindən saxlanılıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki bilinmir. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB