Lənkəran rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. Lənkəran Şəhər Polis Şöbəsindən (ŞPŞ) SİA-nın cənub bürosuna verilən məlumata görə, hadisə dekabrın 16-da saat 20.30 radələrində rayonun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.
Rayonun Sütəmurdov kənd sakini, 1979-cu il təvəllüdlü Elçin Baba oğlu Vəliyev yolu keçərkən Viyən kənd sakini, 1974-cü il təvəllüdlü Rza Əziz oğlu Şükürovun idarə etdiyi "QAZ-3110" markalı, 42 BM 251 dövlət nömrə nişanlı avtomobillə vurulub.
Ağır bədən xəsarətləri alan E.Vəliyev Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Lənkəran ŞPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB