Qaradağ rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, yol qəzası Lökbatan qəsəbəsi 28 may küçəsində baş verib. Bakı şəhər sakini, 30 yaşlı Əli Nəriman oğlu Quliyevin idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb.
Qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb. Avtomobilin sürücüsü Quliyev Əli Nəriman oğlu isə müxtəlif dərəcəli xəsarətlər alaraq 1 saylı şəhər xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, qəza nəticəsində xəsarət alan şəxs Xalq artisti Nazpəri Dostəliyevanın oğludur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB