Şəhərin Sevil Qazıyeva küçəsi 4-cü dalan, ev 41-də yaşayan 1988-ci il təvəllüdlü Hüseynova Ülviyyə Çərkəz qızı özünü asıb. Gəncə şəhər Prokurorluğundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, yaxınları adıçəkilən şəxsi evlərindəki yarımçıq tikilidə iplə asılmış vəziyyətdə tapıblar.
Artıq faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb. Hələlik mərhumənin hansı səbəbdən özünə qəsd etməsi məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB