Bərdədə su arxından meyit tapılıb

Bərdədə su arxından meyit tapılıb

Bərdə rayonunda su arxından meyit tapılıb. "Report"un Qarabağ bürosunun məlumatına görə, bu barədə yerli sakinlər hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Meyitin Bərdə rayon sakini, 1994-cü il təvəllüdlü Elvin Mehman oğlu İmanlıya məxsus olduğu müəyyənləşib. Üzərində zorakılıq əlamətləri müşahidə edilməyən meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə