Quba rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. "Report"un Şimal bürosunun verdiyi məlumata görə, Quba şəhər sakini, 1968-ci il təvəllüdlü Etibar İbrət oğlu Əlibəyovu avtomobil vurub. E.Əlibəyov Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona aşağı ətrafların və çanağın sınığı diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB