Qəbələdə yanan ərəblərdən ikisi Bakıya gətirilib

Qəbələdə yanan ərəblərdən ikisi Bakıya gətirilib

Qəbələ rayonunda kirayədə qaldıqları evdə baş verən yanğın zamanı xəsarət alan ərəblərdən ikisi Bakıya gətirilib. Səhiyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, Suriya vətəndaşı olan 1993-cü il təvəllüdlü Əlhəmidi Əhməd Adnan oğlu və 1989-cu il təvəllüdlü Əlhəmidi Nura Adnan qızı Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Qəbələ rayon Mərkəzi Xəstəxanasında olan digər 3 nəfərin isə müalicələri davam edir.

Respublika Yanıq Mərkəzindən bildirilib ki, ərəb turistlərin vəziyyəti ağırdır: “Bədənlərinin 35-40 faizi yanıb, dərin yaralardır. Tənəffüs yollarının yanığı da var. Hər ikisi ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib, müalicələri davam edir”.

Qeyd edək ki, oktyabrın 8-də səhər saatlarında Qəbələ rayonunun mərkəzində yerləşən fərdi evlərdən birində yanğın baş verib. Hadisə nəticəsində turistlər - bir ailənin 6 üzvü xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə