48 yaşlı ustanı elektrik cərəyanı vurub öldürüb

48 yaşlı ustanı elektrik cərəyanı vurub öldürüb

Bakıda mənzil təmiri ilə məşğul olan ustanı elektrik cərəyanı vurub öldürüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda baş verib. Paytaxtın Nərimanov rayon sakini, 1970-ci il təvəllüdlü Mərdanov Afər Avtandil oğlu Suraxanı rayonu, Bülbülə qəsəbəsində Hüseynov Nicat İslava oğluna məxsus yaşayış evinin damının qır örtüyünü təmir edərkən evin üzərindən keçən elektrik cərəyanı vurub.

O dərhal 5 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, həkimlər xəstənin həyatını xilas edə bilməyib.

A.Mərdanov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə