Qaraçuxurda keçmiş həyat yoldaşını qətlə yetirən şəxs tutulub

Qaraçuxurda keçmiş həyat yoldaşını qətlə yetirən şəxs tutulub

Qaraçuxurda keçmiş həyat yoldaşını qətlə yetirən şəxs tutulub. DİN-dən SİA-ya verilən məlumata görə, oktyabrın 6-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Xosrov Məmmədov münaqişə zəminində keçmiş arvadı Əfsanə Məmmədovanı bıçaqla qətlə yetirib. X.Məmmədov könüllü 32-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub.

Bütün xəbərlər Facebook səhifəmizdə