Limuzin qəza törətdi 20 ÖLÜ

Nyu-Yorkda limuzunun tötərdiyi ağır yol qəzası nəticəsində 20 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə ştat polisinin məlumatına ABC telekanalı istinadən informasiya verib. Bildirilir ki, insident ötən gün günorta saatlarında Skoxari yaxınlığında yaşanıb.

ABŞ-ın milli nəqliyyat təhlükəsizliyi idarəsi (NTSB) isə qeyd edib ki, sözügedən qəzada digər avtomobillər də olub. Hazırda insident üzrə polis və müvafiq qurumlar istintaq araşdırmalarına başlayıblar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə