Oktyabrın 6-da axşam saatlarında Gürcüstanın Azərbaycanla sərhədinə yaxın ərazisində 3,3 maqnituda gücündə zəlzələ olub. Yeraltı təkanlar ölkənin şərqində yerləşən Kaxetiya bölgəsində qeydə alınıb.
Gürcüstan Seysmoloji Xidmətinin məlumatına görə, yeraltı təkanlar Kaxetiya bölgəsindəki Dedoplistskaro şəhərindən 25 kilometr cənub-şərqdə, Azərbaycanla sərhəddə yerləşən Zemo Xalatsani kəndində baş verib.
Yeraltı təkanların mərkəzi yerin 40 kilometr dərinliyində olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB