Zaqatalada toydan qayıdan kişini maşın vurub

Zaqatalada toydan qayıdan kişini maşın vurub

Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən piyadanın şəxsiyyəti məlum olub. “Report” un Şəki-Zaqatala bürosunun məlumatına görə, bu, 1953-cü il təvəllüdlü İbiyev Abdurəhman İsmayıl oğludur.

A.İbiyev hadisə baş verən ərazinin yaxınlığında toy məclisindən çıxıb və evə gedirmiş. Mərhumun içkili olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə