FHN 2 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

FHN 2 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

FHN Göygöldə baş verən qəza ilə bağlı məlumat yayıb. SİA FHN-ə istinadən xəbər verir ki, Göygöl rayonunda “Shacman” markalı yük avtomobili 2 nəfərin üzərinə aşıb.

Hadisə yerinə cəlb olunmuş Gəncə Reqional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yük avtomobilinin altında sıxılmış vəziyyətdə qalmış 1967-ci il təvəllüdlü Verdiyev Niyazi Mircəfər oğlunun və 1966-cı il təvəllüdlü İmanov Elman Saleh oğlunun meyitlərini nəqliyyat vasitəsinin altından çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə