Tibb kollecində yanğın 250 nəfər təxliyə edilib

Tibb kollecində yanğın 250 nəfər təxliyə edilib

Hindistanın Kalkutta şəhərində tibb kollecində və ona bitişik hospitalda yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, alov əczaxanın olduğu yerə qədər alovlanıb. Yerli mətbuatda yer alan fotolarda xəstələrin binanı tərk etdiyi açıq şəkildə görünür. Hadisə yerindən ümumilikdə 250 nəfərin təxliyə edildiyi bildirilir. Hazırda ölənlər haqqında heç bir məlumat açıqlanmır. Yanğının səbəbləri müəmmalı olaraq qalır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə