Tüfeyli həyat tərzi keçirən şəxsin meyti evində tapıldı DİN-dən AÇIQLAMA

Tüfeyli həyat tərzi keçirən şəxsin meyti evində tapıldı DİN-dən AÇIQLAMA

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Sentyabrın 30-da Sabunçu rayonu ərazisində tüfeyli həyat tərzi keçirən 34 yaşlı Valeriy İsakovun baş və burun nahiyəsində xəsarətləri olan meyitinin Sabunçu qəsəbəsindəki evində tapılması barədə məlumat daxil olub. Hadisə ilə bağlı dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Sabunçu RPİ 12-ci Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakini Azad Dandış saxlanılıb.

Müəllif: Minarə Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə