Bakıda dəhşətli qəza Qatar avtobusla toqquşdu

Bakıda dəhşətli qəza Qatar avtobusla toqquşdu

Bakıda sərnişin avtobusu qatarla toqquşub. SİA-nın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.

Belə ki, 160 saylı marşurut xətti ilə hərəkət edən sərnişin dolu avtobus hərəkətdə olan qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub.

Hadisə nəticəsində ölən və yaralananlar var. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Məlumatda avtobusda olan sərnişinlərin əksəriyyətinin məktəbli olduğu qeyd olunur.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 10 təcili tibbi yardım briqadası cəlb edilib. 8 yaralı Sabunçuda yerləşən 3 saylı şəhər xəstəxanasına aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə