Mebel sexində yanğın
Xaçmaz rayonunda mebel sexində yanğın olub. FHN-dən SİA-ya verilən məlumata əsasən, Xaçmaz rayonunda ümumi sahəsi 350 m² olan tikilinin (mebel sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları, içərisində olan mebel məmulatları, 6 ədəd dəzgah, 2 ədəd mühərrik və 2 ədəd boya aparatı yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Nazirliyin digər məlumatına əsasən, Bərdə rayonunda ümumi sahəsi 80 m² olan 4 otaqlı evin mətbəxinin lambirdən ibarət tavanı 10 m² sahədə və 1 ədəd məişət avadanlığı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə