ABŞ-da F-35B döyüş təyyarəsi qəzaya uğrayıb

ABŞ-da F-35B döyüş təyyarəsi qəzaya uğrayıb

ABŞ Hava qüvvələrinə məxsus F-35B tipli 5-ci nəsil döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Cənubi Karolina əyalətində tapılan təyyarə ilə əlaqə Beaufort hava limanından uçduqdan 8 kilometr sonra kəsilib.

Pilotun özünü katapultla təyyarədən atdığı qeydə alınsa da, onun sağlamlığına dair heç bir məlumatın olmadığı bildirilir.

Bunun yeni nəsil F-35B təyyarəsinin ilk qəzasıdır. Lakin F-35B təyyarələri şaquli qalxma və enmə həyata keçirmək qabiliyyətinə malik olduğu üçün bunun qəzaya səbəb ola biləcəyi bildirilir.

Xəbərdə həmçinin bildirilir ki, 2016-cı ildə də F-35B təyyarəsinin mühərrikində yanğın baş vermişdi və pilot katapultla vasitəsilə özünü ataraq ölümdən xilas olmuşdu.

Qeyd edək ki, ABŞ ordusuna məxsus F-35B təyyarəsi bu həftə ilk dəfə Əfqanıstanda Taliban hədəfinə qarşı hava hücumunda istifadə edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə