Tovuz sakini avtomobilini yük qatarına çırpıb

Tovuz sakini avtomobilini yük qatarına çırpıb

Tovuz rayonunda avtomobil yük qatarına çırpılıb. Bu barədə SİA-nın bölgə müxbirinə Tovuz rayon Polis İdarəsindən məlumat verilib. Açıqlanan məlumata əsasən gecə saat 22 00 radələrində rayon sakini Vəli Əsgərov idarə etdiyi "VAZ 210 11" markalı avtomobilini yük qatarına sonradan isə Arif Alıyevin idarə etdiyi "QAZ 24 10" markalı avtomobilə çırpıb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmasada avtomobillərə ciddi ziyan dəyib. Hazırda faktla bağlı araşdırma aparılır. İlkin məlumatlara görə hadisəyə səbəb Vəli Əsgərovun sürət həddini aşması səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə