Ağsuda yol qəzası baş verib

Ağsu rayonunda yol qəzası baş verib. “Report”un Şirvan bürosunun verdiyi məlumata görə, hadisə Ağsu-Çölərəb yolunda qeydə alınıb.

Belə ki, rayonun Ərəbuşağı kənd sakini, 1978-ci il təvəllüdlü Malik Məlim oğlu Səlimovun idarə etdiyi "VAZ-2101" markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn həmkəndlisi Hikmət Qaçay oğlu Gərayevin idarə etdiyi "Ford" markalı yük maşını toqquşub. Nəticədə hər iki sürücü və sərnişinlər - 1986-cı il təvəllüdlü Zahir Səlim oğlu Səlimov və 1983-cü il təvəllüdlü Təhmin Umud oğlu Cəbaylı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə