Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə sentyabrın 25-də rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakinləlri Abdul Ələkbərovun idarə etdiyi “VAZ-21099” və Mehdi Nağıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən M.Nağıyev orada ölüb.
Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə