Tokio polisi ən azı dörd il ölü uşağını dəmir yolu stansiyasının saxlama kamerasında gizlədən qadını müəyyən edərək saxlayıb. SİA xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Qeyd olunub ki, həmin qadın mütəmadi olaraq, saxlama kamerasının arendasını ödəyib.
Maraqlı məqam kimi o da göstərilir ki, 49 yaşlı Emi Susaki öz xoşu ilə polis idarəsinə gedərək, təxminən 4-5 il öncə evində uşaq doğduğunu bildirib. Lakin uşaqda həyat əlamətləri olmadığına görə, o panikaya düşüb və ölü körpəni Tokianın Tayto rayonunda fəaliyyət göstərən Uquisudani dəmir yolu stansiyasındakı saxlama kamerasında yerləşdirib.
Polis bundan sonra hərəkətə keçərək, deyilən yerə gediblər və orada sellofana bükülərək çürüməkdə olan uşaq meyitini aşkarlayıblar. Hüquq mühafizə orqanları hazırda baş verən hadisəni araşdırır.
Qeyd edək ki, Yaponiyada bütün stansiyalarda çoxsaylı saxlama kameraları var və həmin kameralar individualdır. Onlar özünəxidmət prinsipi ilə işləyirlər və Tokioda sutkalıq arendanın qiyməti 2-5 ABŞ dolları arasında dəyişir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB