Qanunsuz ov edən 3 nəfər saxlanılıb. DİN-dən SİA-ya verilən məlumata görə, sentyabrın 22-də qanunsuz ov etdiklərinə görə 3 nəfər DİN-in Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırmalarla onların Bakı şəhər sakinləri Nicat Balayarov, Əhməd Əlizadə və Nazim Balayev olduqları müəyyən edilib. Onlardan “ATA ARMS”, “İJ-58” və “Özkan arms” markalı 3 ədəd ov tüfəngləri və 364 ədəd patron, habelə ovladıqları 8 ədəd gərəf quşu götürülüb.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB