Hesabdan oğurluq edən qadın saxlanılıb

Hesabdan oğurluq edən qadın saxlanılıb

DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən Sumqayıt sakini olan bir qadın şəhər ərazisindəki bankomatların birində hesabından 440 manatının çıxarılaraq oğurlandığını bildirib. DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, hadisə ilə bağlı Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən qadın saxlanılıb. Araşdırmalarla onun Təzə Kotec qəsəbə sakini N.Hüseynova olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə