Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Sentyabrın 23-də Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki otellərin birində Ucar rayon sakini Aysel Orucovanın bıçaqla qətlə yetirilmiş meyidinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, “İsti izlər”lə həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş Nəriman Əliyev qısa zamanda müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə