Dağıstan sakinləri Astarada qəza törədiblər

Dağıstan sakinləri Astarada qəza törədiblər

Astara rayonunda yol-nəqliyyat qəzası baş verib. SİA-nın cənub bürosunun məlumatına görə, Həcc ziyarətindən qayıdan Rusiya Federasiyasının Dağıstan Respublikasının vətəndaşları Ələt-Astara magistralının 205-ci kilometrliyində, Astara rayonun Telman kəndi ərazisində qəza törədiblər. Üç maşının toqquşması ilə baş verən qəzada xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Belə ki, Dağıstan Respublikasının sakini, 37 yaşlı Məhəmmədşakir Kərimovun idarə etdiyi "Qazel" markalı sərnişin mikroavtobusu Lənkəran istiqamətində hərəkətdə olan zaman əks istiqamətdə hərəkət edən 28 yaşlı Lənkəran sakini Ceyhun Dadaşovun idarə etdiyi "QAZ-24" markalı avtomobillə toqquşub. Bu zaman "QAZ 24" markalı avtomobil Lənkəran istiqamətində hərkətdə olan Dağıstan Respublikasının sakini , 47 yaşlı Məhəmmədşakir Musayevin idarə etdiyi "PRADO" markalı avtomobilə çırpılıb. Nəticədə hər üç maşına ciddi ziyan dəyib. Qəza zamanı sürücü və sərnişinlərdən heç kim xəsarət almayıb.

İlkin ehtimala görə hadisəyə Dağıstan Respublikasının vətəndaşı Məhəmmədşakir Kərimovun "Qazel" markalı sərnişin mikroavtobusunu yüksək sürətlə idarə etməsi səbəb olub.

Faktla bağlı Baş Dövlət Yol Polisinın istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə