Qaradağ rayonununda baş verən yol qəzası ailə faciəsinə səbəb olub

Qaradağ rayonununda baş verən yol qəzası ailə faciəsinə səbəb olub

Qaradağ rayonununda baş verən yol nəqliyyət hadisəsi nəticəsində ər və arvad dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Yevlax rayon sakini Mehriban Səfərova idarə etdiyi "Mitsubishi-Pajero" markalı avtomaşını qarşıda gedən Lənkəran rayon sakini Güloğlan Rəhimovun idarə etdiyi "KamAZ-5410" markalı avtomaşına vurub.

 

Nəticədə M.Səfərovanın sərnişinləri, Bakı şəhər sakinləri Ələkbər Əliyev və onun arvadı Elmira hadisə yerində ölüb, xəsarət almış M.Səfərova isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə