Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Quba rayonu ərazisində növbəti reyd keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, reyd zamaı rayonun Vladimirovka kəndi ərazisində fəaliyyət göstərən ağac emalı sexində 2,35 m3 həcmində müxtəlif cinsli girdə işlik material və 3000 ədəd meşə materialından hazırlanmış yeşik aşkar olunub.
Faktla bağlı sexin sahibi Fətulla Fətullayev barəsində akt tərtib olunub və 1903,18 manat məbləğində ziyan tətbiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB