Quba rayonunda küçədə naməlum kişi meyiti tapılıb. "Report"un Şimal bürosunun verdiyi məlumata görə, 1970-ci il təvəllüdlü İlham Firidun oğlu Əkbərovun meyiti yerli sakinlər tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Meyit muayinə edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə yerləşdirilib. Onun ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB