Lənkəranda yol qəzası 4 yaşlı körpənin ölümünə səbəb olub

Lənkəranda yol qəzası 4 yaşlı körpənin ölümünə səbəb olub

Lənkəranda ağır yol qəzası baş verib. Şəhər Polis Şöbəsindən SİA-nın cənub bürosuna verilən məlumata görə, dünən saat 16.00 radələrində Lənkəran-Boradigah yolunun Vilvan kədindən keçən hissəsində Vilvan kənd sakini, 1964-cü il təvəllüdlü Veysəlzadə Şəhadət Şahrza oğlunun idarə etdiyi "VAZ 2106" markalı 15 JB 754 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində sürücü xəsarət almasa da, avtomobildə olan sərnişinlərdən 1955-ci il təvəllüdlü Əzimzadə Bəylər Qəzənfər oğlu və onun oğlu - 1978-ci il təvəllüdlü Əzimzadə Rauf və R.Əzimzadənin 4 yaşlı qızı Səbinə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Həkimlərin səyinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Lənkəran ŞPŞ-də araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə