Gəncə şəhərində ailə faciəsi yaşanıb. Bəxtiyar Əliyev küçəsi, bina 6, ev 31 ünvanında yaşayan Yəmən Məmmədova mənzilinin dəhlizindən ehtiyatsızlıqdan yıxılaraq həyatını itirib. Hadisədən 1 gün sonra, dünən axşam saatlarında mərhumənin qızı intihara cəhd edib.
Belə ki, adı çəkilən şəxs, 1976-cı il təvəllüdlü Məmmədova Vüsalə İdris qızı 3-cü mərtəbədən özünü ataraq intihara cəhd edib. Gəncə şəhər Prokurorunun köməkçisi Elnar Hüseynovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, qadın dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya, oradan isə reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstənin vəziyyəti ağırdır. Onun kəllə-beyin travması aldığı və komada olduğu bildirilir.
Hazırda faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır. İlkin məlumatlara görə isə intihara cəhd edən şəxs ruhi xəstədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB