Astarada ağır yol qəzası baş verib. SİA-nın cənub bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri dünyasını dəyişib. Hadisə bu gün, saat 12:00 radələrində Ələt-Astara magistralının 228-ci kilometrliyində, Astara rayonunun Maşxan kəndi ərazisində qeydə alınıb.
Belə ki, Astara rayonunun Kijəbə qəsəbə sakini, 29 yaşlı İbad Həyat oğlu Zülfiqarov idarə etdiyi "VAZ- 2106" markalı 10 FJ 121 dövlət nömrə nişanlı avtomobillə Ələt istiqamətində hərəkətdə olan zaman qarşıdan gələn Biləsuvar şəhər sakini, 28 yaşlı İnşallah Tehran oğlu Muradovun idarə etdiyi "İsuzu" markalı 90 JX 557 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Qəza nəticəsində "VAZ- 2106" markalı avtomobilin sürücüsü İbad Zülfiqarov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. İşi aşardıran Astara Rayon Polis Şöbəsinin müstəntiqi Gündüz Abdulovun verdiyi məlumata görə, hadisəyə yüksək sürət səbəb olub.
Hazırda faktla bağlı Astara rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB