Biləsuvar rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun 89-cu kilometrliyində - Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik və yük avtomobillərinin toqquşması nəticəsində Yardımlı rayon sakini, 1994-cü il təvəllüdlü Maqsud Namiq oğlu Hacızadə xəsarət alıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB