Nardaranda silah-sursat tapılıb

Nardaran qəsəbəsi ərazisində silah-sursat aşkar olunub. DİN-dən SİA-ya verilən xəbərə görə, Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları tərəfindən Nardaran qəsəbəsi ərazisində selofan torbada 1 ədəd kustar üsulla hazırlanan tapança, alışqanı olmayan “F-1” markalı əl qumbarası, içərisində 30 ədəd avtomat patronu olan daraq və beşbarmaq aşkar olunaraq götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə