İmişlidə 4 otaqlı ev yanıb
İmişli rayonunda ev yanıb. SİA-nın FHN-ə istinadən verdiyi məlumata görə, rayonun Muradalılı kəndində ümumi sahəsi 96 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə