Beyritdəki Burj Hamud şəhərinin erməni əhalisi olan Livan qəsəbəsində ölümlə nəticələnən atışma baş verib. Bu barədə SİA Ermənistanın "Arevelk" saytına istinadən xəbər verir.
Hadisə bıçaqlanmaya səbəb olan mübahisə ilə başlayıb. Baş verən olayda ermənilər də olub. İlkin məlumatlara görə, Araks küçəsi sakinlərinin biri əxlaqsız sözlərdən istifadə edib. Nəticədə gənc ermənilər ayağa qalxıblar. Hadisə nəticəsində yaralı ermənilərdən biri xəstəxanaya aparılarkən yolda ölüb. Daha iki erməninin vəziyyəti isə ağır qiymətləndirilib.
Bəzi mənbələrə əsasən hadisənin təşəbbüskarı psixi problemlərdən əziyyət çəkib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB