Lənkəranda iki uşaq anası özünü yandırıb

Lənkəranda iki uşaq anası özünü yandırıb

Lənkəran rayonunda intihar hadisəsi baş verib. Lənkəran Rayon Prokurorluğundan SİA-nın cənub bürosuna verilən məlumata görə, gecə saat 00.05 radələrində rayonun Xolmili kənd sakini, 45 yaşlı Aybəniz Musarza qızı Bağırova üstünə neft tökərək özünü yandırıb.

Zərərçəkən yaxınları tərəfindən təcili surətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq 4-cü dərəcəli yanıq xəsarətləri alan iki uşaq anası A.Bağırova bu gün səhər saat 9.00 radələrində dünyasını dəyişib.

Hadisənin hansı səbəbdən baş verməsi barədə hələlik heç bir məlumat verilmir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə