Sabirabadda narkotik əməliyyatı

Sabirabad rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. SİA DİN-ə istinadən xəbər verir ki, rayonun Rüstəmli kəndində yaşayan 29 yaşlı Xəyyam Nağıyevə məxsus həyətyanı sahəyə baxış keçirilib. Bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu və 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə