Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstanın Qardabani rayonunda külli miqdarda narkotik vasitələrin qanunsuz alınması və saxlanılmasında şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb. SİA-nın verdiyi məlumata görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

1978-ci il təvəllüdlü S.A. adlı qadının üzərində axtarış zamanı iki bağlamada 21,76 qram heroin aşkar olunub. Onu 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə